"KİTABXANADA BİR GÜN" ADLI TƏDBİR KEÇİRİLDİ.

14 fevral 2024-cü il tarixində Nail Salamov adına 97 nömrəli tam orta  məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Dilarə Seyidovanın təşkilatçılığı ilə  Bakı Şəhər Təhsil İdarəsinin 18.04.2023 tarixində 3-29-59/3-2-170F/2023 tarixli əmrini rəhbər tutaraq "Ailəm və məktəbim" layihəsini həyata keçirmək,  valideyn və məktəb əməkdaşlığını genişləndirmək məqsədi ilə valideyn və şagirdlərin iştirakı ilə "Kitabxanada bir gün " adlı tədbir keçirildi. Tədbirin kitabxanada təşkili inteqrasiyalı şəkildə “Beyəlxaq Kitab Bağışlama Günü”nə salınmışdı. Şagirdlər ilk öncə kitabxanada ön rəflərdə yerləşdirilən Ulu Öndərin  həyat və  fəaliyyəti, keçirdiyi görüşlər, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan İlham Əliyevin nail olduğu zəfər tariximizdən bəhs edən kitablarla tanış oldular. Təşkilatçı Dilarə Seyidova uşaqların yaş qrupuna uyğun olaraq şifahi xalq ədəbiyyatı nümunələri ilə uşaqları tanış etdi, nağıllar və əfsanələr oxudu. Tədbirin sonunda uşaq oyunu  keçirildi, şagirdlərə hədiyyələr paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi