VALİDEYN İCLASI KEÇİRİLDİ

09.02.2024-cü ildə ümumməktəb valideyn iclası keçirildi. Direktor səlahiyyətlərini müvəqqəti icra edən Fəridə xanım Haqverdiyeva çıxış edərək birinci yarımilin yekunları,ikinci yarımildə qarşıda duran vəzifələr haqqında məlumat verdi.  Xəstəliklə əlaqədər davamiyyətin zəifləməsini aradan qaldırmaq üçün fikirlərini bildirdi.
Məktəbin psixoloqu Məhbubə Uğurluyeva öz müşahidələrini və təcrübələrini valideynlərlə bölüşdü. Şagirdlərin müşahidəsi və onlarla aparılan konsultasiyalar zamanı uşaqlarda müşahidə etdiyi psixoloji vəziyyətlərlə, onların yaranma səbəblərilə valideynləri tanış etdi. Valideynlərlə övladları arasındaki ünsiyyət probleminin onların şəxsi inkişafında yaratdığı problemlər haqqında danışdı.  Valideynlərə oxuyub maariflənmələri üçün bir neçə uşaq psixologiyası və tərbiyəsilə bağlı ədəbiyyat tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi