"QƏLBLƏRİ FƏTH EDƏN RƏHBƏR" ADLI ŞEİR MÜSABİQƏSİ KEÇİRİLİB

    08.12.2023-cü il tarixində məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı "Qəlbləri fəth edən rəhbər" adlı silsilə tədbirlərə start verilib. İlk tədbir şeir müsabiqəsi oldu. Məktəbin təşkilatçısı D.Seyidova əvvəl Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki əvəzsiz xidmətlərindən danışdı. Daha sonra məktəbin müxtəlif siniflərdən olan şagirdləri öz şeirlərini səsləndirdilər. Məktəbin təşkilatçısı Dilarə Seyidova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Bəşirova Rima, Rəfiyeva Zivər və Kərimova Şəbnəm və məktəbin kitabxana müdiri Kəmalə Əliyevadan ibarət münsiflər heyəti şagirdləri qiymətləndirdilər. 

    Məktəbin təşkilatçısı D.Seyidova tədbiri təşkil etməklə yanaşı, şagirdləri daima tədbirlərdə fəal iştiraka cəlb etmək, onlarda milli dəyərlərə hörmət hissini oyatmaq məqsədilə hər bir iştirakçını hədiyyələri ilə mükafatlandırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi