"MƏKTƏB-ŞAGİRD-VALİDEYN ƏMƏKDAŞLIĞININ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI" MÖVZUSUNDA NÖVBƏTİ VALİDEYN İCLASI KEÇİRİLİB

    04.12.2023-cü il tarixində məktəbdə "Məktəb-şagird-valideyn əməkdaşlığının səmərəliliyinin artırılması" mövzusunda növbəti ümumməktəb valideyn iclası keçirildi. İclasda V-VII sinif şagirdlərinin valideynləri iştirak edirdi. Görüş interaktiv formada təşkil olundu.

    Çıxış edən məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən F.Haqverdiyeva şagirdləri təlim keyfiyyətinə valideynlə münasibətinin və ailə mühitinin əhəmiyyətli dərəcədə təsirini vurğuladı. Bu istiqamətdə öz fikirlərini iclas iştirakçıları ilə bölüşdü. Daha sonra məktəbin psixoloqu M.Uğurluyeva təhsildə geriləmənin və aşağı motivasiyanın bioloji və psixososial faktorları haqqında geniş məlumat verdi və valideynlərə öz övladları ilə münasibətlərini müsbət istiqamətdə inkişaf etdirmək və ehtiyaclarını görüb dəstək ola bilmələri üçün meditativ texnikalar təqdim etdi.

    İclas diskussiya şəklində davam etdirildi. Valideynlərin fikirləri dinlənildi və lazımi tövsiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi