"ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK" ADLI TƏDBİR KEÇİRİLİB

    05.12.2023-cü il tarixində məktəbdə Suraxanı rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə rəisi, polkovnik-leytenant Əfqan müəllim və həmin şöbənin inspektoru Əli müəllimin iştirakı ilə "Zərərli vərdişlərə yox deyək" başlığı altında tədbir keçirildi.

    Tədbiri aparan məktəbin təşkilatçısı Dilarə Seyidova Ümumtəhsil məktəblərinin dövlətin təhsil sahəsindəki siyasətindən bəhs etdi. Sonra məktəbin UBTR-i N.İsmayılovanın narkomaniya və onun fəsadlarını göstərən slayd nümayiş edildi. Daha sonra məktəbin psixoloqu M.Uğurluyeva əvvəlcə "QİÇS-lə mübarizə günü" ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verdi. QİÇS-i yaradan səbəblər, ondan qorunma yolları haqqında danışdı. Daha sonra zərərli vərdişlərin psixoloji aspektlərindən söz açdı. Şəxsiyyətlərarası münasibətlərdəki asılılığın zərərli vərdişlərdən asılılıqla əlaqəsini izah etdi. Asılı münasibətdən sağlam münasibətə keçid edə bilməyin yollarından danışdı, tövsiyyələr verdi.

    Şagirdlər "Zərərli vərdişlərə yox deyək" başlıqlı şəkillər nümayiş etdilər. Tədbirdə yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin rəisi çıxış etdi, sualları cavablandırdı və məsləhətlər verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi