"MƏKTƏB-ŞAGİRD -VALİDEYN ƏMƏKDAŞLIĞININ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI" MÖVZUSUNDA İCLAS KEÇİRİLİB

    28.11.2023-cü il tarixində məktəbin ibtidai siniflərində ümumməktəb valideyn iclası keçirildi. "Şagird-valideyn-məktəb əməkdaşlığının səmərəliliyinin artırılması" mövzusunda keçirilən iclasda məkətəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən F.Haqverdiyeva çıxış edərək şagird davamiyyəti, tədrisin keyfiyyətinin artırılması istiqamətində məktəbdə görülən tədbirlərdən söz açdı.Bu tədbirlərin daha səmərəli olması üçün şagird-valideyn-məktəb üçbucağının birgə fəaliyyətinin vacibliyini vurğuladı.

    Məktəbin psixoloqu M.Uğurluyeva 6-11 yaş qrupuna daxil olan şagirdlərin yaş xüsusiyyətləri haqqında valideynlərə ətraflı məlumat verdi. Tərbiyə prosesində yol verilən doğru olmayan yanaşmalar və bu yanaşmaların uşaqların psixoloji vəziyyətinə, valideynləri və müəllimləri ilə münasibətinə göstərdiyi mənfi təsirlərdən danışdı. Valideynlərin rəy və təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi