"HƏRBİ QƏNİMƏTLƏR PARKI" NA EKSKURSİYA TƏŞKİL EDİLİB

    Məktəbin təşkilatçısı Dilarə Seyidova və UBTR-i Nərminə İsmayılova illik fəaliyyət planına əsasən, 15.11.2023-cü il tarixində şagirdlərin "Hərbi Qənimətlər Parkına" ekskursiyasını təşkil ediblər. Parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir.

    Şagirdlərə 2020-ci il Azərbaycanın Vətən müharibəsindən geniş bəhs olunub. "Hərbi Qənimətlər Parkı" Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır. 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi