3A SİNFİNİN 8 NOYABR- ZƏFƏR GÜNÜ VƏ 9 NOYABR- BAYRAQ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRİ

    06.11.2023-cü il tarixində 3a sinfi 8 Noyabr-Zəfər günü və 9 Noyabr- Bayraq günü münasibətilə geniş tədbir keçirilmişdir. Tədbir Azəzrbaycan Respublikası Himni ilə başlandı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Hər iki şanlı tariximizə aid video-çarxlar nümayiş etdirildi. Adını fərəhlə daşıdığımız şəhid- Xudayar Yusifzadəyə aid video-slayd göstərildi. .Şagirdlərin ifasında çox təsiredici şeir parçaları səsləndi. İşğaldan azad edilmiş ərazilərimizi əks etdirən pankartları qürurla göstərdilər. B.Mədinə və İ.Nuray "Şuşanın dağları" mahnısının melodiyaları altında gözəl rəqs etdilər. 

    Tədbirin qonaqları Fəridə müəllimə, Dilarə xanım, Aidə, Fərqanə, Firuzə müəllimə eləcə də məktəbin psixoloqu Məhbubə xanım tədbirdən məmnun olduqlarını vurğuladı, arzu və diləkəlrini kollektivə çatdırdılar. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi