İ.Nəsiminin 650 illiyinə həsr olunmuş dəyirmi masa

        03.05.2019-cu il tarixində məktəbin kitabxanasında kitabxana müdiri və məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin rəhbərliyi ilə orta dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İ.Nəsiminin 650 illiyinə həsr olunmuş "Ədəbiyyatımızın cəsur şairi" başlığı altında dəyirmi masa keçirilmişdir. XI sinif şagirdlərinin iştirakı ilə Nəsimi ədəbi irsi ətraflı şəkildə təhlil olunmuşdur. Şagirdlər İ.Nəsiminin qəzəllərini mövzu dairəsinə görə qruplaşdırmış, onlara aid nümunələr söyləmişlər. Sonda ölməz şairimizin həyat və yaradıcılığına həsr edilmiş "Nəsimi ədəbi irsi" sərlövhəsini şagirdlərə təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi