HAQQIMIZDA

            89 nömrəli tam orta məktəb 1947-ci ildən fəaliyyət göstərir. 1964-cü ildə tikili istifadəyə verilmişdir. 2011-ildə əsaslı təmir olunaraq 12 sinif otağdan ibarət yeni əlavə korpus tikilmişdir. Məktəb 1000 nəfər şagird tutumuna malikdir. Hal-hazırda məktəbdə 2020 şagirdin təlim tərbiyəsi ilə 81 nəfər müəllim kollektivi məşğul olur. Müxtəlif olimpiadalarda və müsabiqələrdə şagirdlər uğurla iştirak ediblər. 2017-2018-ci tədris ilində 89 №li tam orta məktəbin IX sinfi bitirən məzunların buraxılış imtahanlarının nəticəsinə görə reytinq cədvəlində 104 pillə irəliləmişdir. Məzunlarımızdan 4 məzun fərqlənmə attestatı, 1 məzun xüsusi nümunəli attestat və qızıl medala layiq görülmüşdür. Məktəbi bitirən məzunlardan 36 nəfəri müxtəlif Ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Belə ki, məktəbimizin məzunu Həsənova Şayxanım Aydın qızı ən yüksək nəticə göstərərək 700 bal,  Məmmədova Aytac  Abuzər qızı  Respublika fənn olimpiadasında I yerə layiq görülərək qızıl medalla və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunmuşdur.

Məzunlardan 4 nəfər 600-dən yuxarı bal toplamışdır. Həsənəova Şayxanım 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Dadaşev Əbdülağa 695 balla Bakı Ali Neft Məktəbi, Məmmədova Aytac 692 balla Bakı Dövlət Universiteti, Abdullayeva Fidan 634 balla Azərbaycan Dillər Universitetinə qəbul olmuşlar. Bunlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.Həmçinin məktəbimizin məzunu Lalə İbrahimova prezident təqaüdünə layiq görülərək adı “Qızıl kitaba” yazılmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi