"Xocalı soyqırımını unutma"

        89 №li tam orta məktəbdə illik fəaliyyət planına uyğun olaraq "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi" ilə bağlı tədbirlər planına əsasən silsilə tədbirlər hazırlanmışdır. Tədbirlər planına müvafiq olaraq məktəbin şagirdləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş stendlər və divar qəzetləri hazırlanmışdır. 
        Xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə "Xocalı soyqırımını unutma" adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə məktəbin şagirdləri soyqırımla bağlı şeirlər söyləmiş, soyqrıma həsr olunmuş mahnılar ifa etmişlər. Həmin qanlı tarixi unutmamaq məqsədilə sənədli filmlər təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi