"Ulduz" Şokolad Fabrikinə ekskursiya

        "Ulduz" Şokolad Fabrikinin məhsulları böyüklərlə yanaşı uşaqların da rəğbətini illərlə qazanmaqdadır. Fabrik istehsal etdiyi və günü gündən artan çeşidləri və keyfiyyətli məhsulları ilə şokolad sevənlərin sevimli markasına çevrilmişdir. 89 №li tam orta məktəbin 4 "B" sinif şagirdləri də fəaliyyət planına əsasən "Ulduz" Şokolad Fabrikinə ekskursiya etmişlər. Ekskursiya zamanı fabrikdə məktəblilərə şokoladın tarixi, hazırlanma texnologiyası və fabrik haqqında kiçik film göstərilmişdir. Daha sonra istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik qaydaları barədə uşaqlara ətraflı məlumat verildi. İstahsalat sahəsində təmizlik və gigiyena qaydalarına riayət etməklə böyükdən kiçiyə hər kəs xüsusi geyimlərlə təchiz edilir. Fabrikin əməkdaşları ekskursiya iştirakçılarına avadanlıqlar və istehsalat prosesi ilə bağlı ətraflı məlumat vermişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi