Azərbaycan Dövlət Milli Aviasiya muzeyinə ekskursiya

Suraxanı rayonu 89 №li tam orta məktəbin 9 "Ç" sinif şagirdləri Azərbaycan Dövlət Milli Aviasiya muzeyində olmuşlar. Şagirdlər muzeydə aviasiya tarixi ilə bağlı sənədlər və eksponatlarla, II Dünya müharibəsi zamanı Azərbaycan təyyarəçilərinin keçdiyi qəhrəmanlıq məktəbinin tarixçəsi ilə yaxından tanış olub yeni məlumatlar əldə etmişlər. Qarabağ döyüşləri zamanı bizim təyyarəçilərin fəaliyyəti ilə, bu işdə fərqlənən qəhrəman pilotlarımızın çətin və şərəfli işləri barədə yeni informasiyalar aldılar. Eyni zamanda, müasir aviasiya avadanlığını bir daha yaxından görüb heyrətləndilər. Şagirdlər bu ekskursiyadan yüksək təəssüratla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi