"20 Yanvar Qan Yaddaşımız"

89 №li tam orta məktəbdə 18 yanvar 2016-cı il tarixində 20 yanvar şəhidlərinin xatirəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə şerlər,mahnılar səslənmiş, slaydlar, videolar göstərilmişdir. Videolarda olmuş hadisələr, tarixi faktlar nümayiş etdirildi. Bundan başqa 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş divar qəzetləri buraxıldı. Bununla yanaşı stend və xüsusi guşə də yaradıldı. V-VIII siniflər arası keçirilən rəsm müsabiqəsindən sonra şəhidlərin xatirəsinə həsr edilmiş rəsm sərgisi də nümayiş etdirildi. Yanvar ayının 19-da isə şagird və müəllimlər qəsəbədə yerləşən şəhidlərin xatirəsinə ucaldılmış memarial ziyarəti etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi