Ölkəmizi tanıyaq

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyaların keçirilməsi gözəl ənənə halı alıb. Ötən 4 il ərzində 7 istiqamət üzrə 7 tur-aksiya təşkil edilib.

Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 13 min 648 nəfər iştirak edib. Növbəti tur-aksiyada isə 4 istiqamət üzrə 78 şəhər və rayondan 3213 nəfər 9-11-ci sinif şagirdi iştirak edir. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı, ümumilikdə, 17 minə çatır. Onlardan 299 nəfəri Suraxanı məktəbliləridir.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

 Suraxanı rayonunun 40,89 nömrəli tam orta məktəbin 2 nümunəvi şagirdi bu tur-aksiyada 16-19 noyabr tarixlərində Gəncə-Şəmkir-Göygöl istiqamətində səfər ediblər.

 İllər ötdükcə müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır.

Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına göstərdikləri qayğı, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz tibbi müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, müharibə veteranlarına, Qarabağ əlillərinə, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımıza, imkansız ailələrə, internat, uşaq və qocalar evlərində yaşayanlara qayğısı göz önündədir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi