Azərbaycan Hərb Tarixi muzeyinə ekskursiya

Tətil günlərinin səmərəli və maraqlı keçirmək məktəblilər üçün çox əhəmiyyətlidir. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi - nəzərindən böyük məna kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünə məxsus yeri var.  Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval - ruhiyyə yaradır. Uşaqlar bir - biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər.

Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə 89 nömrəli tam orta məktəbin şagirdlərinin Azərbaycan Hərb Tarixi muzeyinə ekskursiyası təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi