12 noyabr -Konstitusiya Günü və Uşaq Hüquqları aylığı

Əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında ötən əsrin 90-cı illərində dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsinin ifadə edən konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Bu konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli konstitusiyasıdır. 1996-cı ilin fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr "Konstitusiya günü" elan edildi.Uşaq Hüquqları Konvensiyası -20 nouabr 1989-cu ildə ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir.Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidilər.12 noyabr -Konstitusiya günü və Uşaq hüquqları aylığı ilə əlaqədar olaraq 89 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada şagirdlər hər iki mövzu ətrafında geniş müzakirələr aparmışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi