9 noyabr - "Azərbaycan Respublikası Dövlət Bayrağı Günü"nə həsr olunmuş məktəblərarası idman yarışı

9 noyabr - "Azərbaycan Respublikası Dövlət Bayrağı Günü"nə həsr olunmuş Suraxanı rayon tam orta məktəblərinin komandaları arasında 232 nömrəli tam orta məktəbdə keçirilən "Şən startlar" devizli yarışda 89 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülərək diplom və kubokla təltif olunmuşdur. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Fərman Abdullayev, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İnstitunun yaş fiziologiyası və psixologiyası şöbəsinin müdürü, “Qızlar ” universitetinin psixologiya kafedrasının müdürü, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, Təhsil Nazirliyi Təhsil işçilərinin Peşəkar İnkişaf İnstitunun baş mütəxəssisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəxri Məmmədli, Suraxanı rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Elnarə Məmmədova, Suraxanı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Lamiyə Namazova, Suraxanı rayon Heydər Əliyev muzeyinin baş elmi işçisi Zəkiyyə xanım, 85№li tam orta məktəbin direktoru Maksud Əhmədov, 87№li tam orta məktəbin direktoru Elmira Ələkbərova, 89 №li tam orta məktəbin direktoru Dadaş Babazadə, 140№li tam orta məktəbin direktoru Məcid Rəsulov, I Avropa oyunlarının və IV İslam həmrəyliyi oyunlarının qızıl medalçısı, “Şöhrət” ordenli Ayxan Mamayev, “Məktəb-icma(valideyn)” klubunun üzvləri iştirak etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi