"Kiçik Akademiya"nın təsis edilməsi

Məktəbimizdə “Kiçik Akademiya” 2017- 2018 ci tədris ildən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında məqsəd VIII-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərlə işə cəlb edilməsindən ibarət olub. Bu məqsədlə məktəbin səriştəli və bacarıqlı müəllimləri şagirdlər arasında elmi dünyagörüşü ilə fərqlənən, tədqiqatçılıq qabiliyyəti olan şagirdləri seçilərək «Kiçik Akademiyaya” ya cəlb olunmuşlar. «Kiçik Akademiya” aşagıda adı çəkilən bölmələrdən ibarətdir. Humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi. Hər tədris ili üçün müvafiq fəaliyyət planı hazırlanmış və xüsusi istedadlı şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə elmi tətqiqatçılıq fəaliyyətinə cəlb edilmişlər. Failiyyətimiz dövründə “Kiçik Akademiya”nın üzvləri müxtəlif mövzularında elmi işlər hazırlamışlar. Bu tədris ilində “Kiçik Akademiya”nın yeni şurasının tərkibi müəyyənləşdirilmişdir. “Kiçik Akademiya”ya rəhbərlik (prezident) məktəbin riyaziyyat müəllimi Vahabova Səbinə Nadir qızına həvalə olunmuşdur. Bölmə rəhbərləri: fizika – Mehrəliyeva Tünzalə Əliqasım, riyaziyyat – Fərəməzova Mahirə Mənsur qızı, kimya – İbyətova İradə Mahmud qızı, biologiya - Bukreyeva Evelina Yuryevna, Azərbaycan tarixi – Abasov Vaqif Hüseynağa, Azərbaycan dili və ədədbiyyat – Əliyeva Viktoriya Dilqəm, coğrafiya – Abaslı Gülşən Firdovsi, rus dili və ədəbiyyat – Mahmudova Natella İxtiyar qızı seçilmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi