Azərbaycan dili fənni üzrə monitorinq keçirildi

29.02.2024-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına uyğun olaraq məktəbin 4,6,7,8-ci siniflərdə Azərbaycan dili fənni üzrə monitorinq keçirildi.

Monitorinq zamanı şagirdlərin dinləyib-anlama (5 tapşırıq), oxuyub-anlama (10 tapşırıq) və yazı (1 tapşırıq) bacarıqları ölçülüb və hər üç məzmunun nəticələri müəyyən olunacaq.

Qeyd edək ki, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.

Monitorinqin gedişi məktəbin direktoru və direktor müavinləri tərəfindən izlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi