Pedaqoji Şuranın növbəti iclası

02.02.2024-cü il tarixində Bakı şəhəri Nərimanov rayonu 82 N-li tam orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Məlahət Rəhimova iclasda 2023/2024-cü tədris ilində I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi, məktəbdə mövcud sağlam mənəvi-psixoloji mühitin qorunub saxlanılması, şagirdlərin təhlükəsizliyinin təminatı, bu məqsədlə nəzarətin, mühafizə işinin, növbətçiliyin gücləndirilməsi işinin önəmli olduğunu vurğuladı.

Pedaqoji Şurada “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiqi vəziyyəti haqqında məktəbin təşkilatçı müavini Kəmalə Bayramovanın məruzəsi dinlənildi və bildirildi ki, bu sahədə valideynlərin məsuliyyətinin artırılması olduqca mühüm əhəmiyyət kəsb edir. Nümunəvi davranışı ilə seçilən, yüksək akademik nailiyyətlərə nail olmuş şagirdlərin, eyni zamanda idman sahəsində uğurlar qazanmış şagirdlərin rəğbətləndirilməsi işinin genişləndirilməsinin vacibliyi də qeyd olundu.

Şagirdlərin, xüsusilə risk qrupuna daxil olan şagirdlərin daha çox müxtəlif müsabiqə və layihələrdə iştirakına maraq yaratmağın yolları da əsas məsələ kimi qeyd olundu.

Yuxarıda qeyd olunan bu məsələlər və gündəlikdə duran digər məsələlərlə bağlı müəllimlərin çıxış və təklifləri dinlənildi.

Sonda qeyd olunan hər bir məsələ və II yarımildə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi