"25 noyabr-Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş tədbir

27 noyabrda Bakı Şəhəri Sabunçu rayonu 81nömrəli tam orta məktəbdə "25 noyabr-Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə qonaq qismində Bakı şəhəri üzrə Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Elmira Məlikova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlımlıq proqramının kordinatoru Mətanət Qaraxanova, Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova ,"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin nümayəndəsi Alı Mustavayev iştirak etdilər.Tədbirdə gender bərabərliyi, qadına qarşı zorakılıq və onun qarşısının alınması məsələləri haqqında maarifləndirici söhbətlər aparıldı ,təqdimatlar və videoroliklər izləndi. Sonda bu mövzu haqqında şagirdləri maraqlandıran suallar cavablandırıldı.