“Ölkəmizi tanıyaq” tur aksiyasına həsr olunmuş tədbir

28 noyabrda 81 nömrəli tam orta məktəbdə rus dili müəllimi Aygün Məhərrəmovanın rəhbərliyi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə hər il keçirilən tur aksiya iştirakçıları və Kiçik Akademiya üzvlərinin iştirakı ilə akt zalında tədbir keçirildi. Tədbirdə hər il ardıcıl olaraq aksiyada iştirak edən şagirdlər Ağalarova Arzu, Mehrəliyev Oruc, Nigar Rüstəmova və tur aksiyanın bu ilki iştirakçısı Gülxanım Qurbanova digər şagirdlərlə öz təəssüratlarını bölüşdülər. Sonra “Ölkəmizi tanıyaq” tur aksiyasına həsr olunmuş videoçarx nümayiş olundu.