Bullinq mövzusunda maarifləndirici sessiya keçirildi

22 noyabrda məktəbdə məktəbin psixoloqu Leyla Rüstəmova və uşaq birliyi təşkilatı rəhbəri Elza Osmanova tərəfindən bullinq mövzusunda hazırlanmış təqdimat əsasında V "D", VI "D", VI "E", VII "E", VII "F" sinif şagirdləri üçün maarifləndirici sessiya keçirildi. Bulling haqqında geniş məlumat verildi. Mövzu haqqında şagirdlərlə müzakirələr aparıldı. Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış" kampaniyasının videoçarxı nümayiş olundu.