"Dövlət Bayrağı Günü"nə həsr olunmuş tədbirlər keçirilib

Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il 9 noyabr- Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə məktəbdə silsilə tədbirlər keçirilib, şagirdlərin ifasında şeirlər söylənilib, mahnılar ifa edilib, şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir. Bayrağımız qürur mənbəyimiz, and yerimiz, bizim milli dəyərimizdir. Müstəqil Azərbaycanın üzərində qürurla dalğalanan bayrağımız!! Hər zaman yüksəklərdə dalğalan!!!!