" Uşaq hüquqlarını bilmək hər birimizin borcudur" adlı seminar keçirilib

23 oktyabrda məktəbin psixoloqu Leyla Rüstəmovanın təşkilatçılığı ilə uşaq hüquqları aylığı çərçivəsində " Uşaq hüquqlarını bilmək hər birimizin borcudur" adlı seminar keçirilib. Seminarda şagirdlər "Uşaq hüquqları konvensiyası" haqqında məlumatlandırılıb. Eyni zamanda uşaq hüquqları haqqında slaydlar, videoçarxlar izlənilb və şagirdlərin hazırladıqları təqdimatlar oxunub.