Narkomaniyaya qarşı mübarizə

Sabunçu rayonu 81 № li tam orta məktəbdə 01.04.2016 – cı il tarixində Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin İTŞ – nin rəisi, polis polkovnik – leytenantı Elxan Zamanov, polis mayoru Əli Babayev iştirak etmişdir. Tədbir iştirakçıları narkomaniyanın yaranması fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mühazirə ilə çıxış etmişdir. Eyni zamanda məktəbin biologiya müəllimi Həsənova Rüsxarə narkomaniyanın tək insan orqanizminə deyil, cəmiyyətə vurduğu böyük zərbələrdən danışdı.Tədbirdə həmçinin narkomaniya ilə bağlı video çarx şagirdlərə nümayiş olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi