Bilik günü qeyd edildi
Bu gün respublikamızın hər yerində "Bilik günü" qeyd edilir, bütün təhsil və tədris müəssisələrində ilk günün sevinci yaşanır.
Tribuna önünə keçib çıxış edən məktəbin direktoru Mehriban xanım bu il məktəbə ilk dəfə qədəm qoyan birinciləri, eləcə də bütün şagird və tələbələri, onların valideynlərini , müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan müəllimləri bu gözəl bayram münasibətilə təbrik etdi. Arzu etdi ki, bu gün bütün gələcək uğurlarının başlanğıcı olsun. Bu gün tədbirimizdə Sabunçu rayonu İcra Hakimiyyətinin nümayəndəsi , Bakı şəhəri Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova da qonaq qismində iştirak etdi, öz səmimi arzularını şagirdlərə yetirdi.