Son zəng keçirildi

Hər il ənənəvi olaraq iyun ayının 14-də ölkəmizin bütün orta məktəblərində " Son zəng ” tədbirləri keçirilir. Eləcə də 81 nömrəli tam orta məktəbdə “Son zəng” çox böyük coşqu ilə qeyd olundu. Bu unudulmaz günə toplaşanlar arasından tribuna önünə keçib çıxış edən məktəbin direktoru Mehriban xanım məzunlara gələcək həyatlarında uğurlar arzuladı. Uşaqlığın ən çılğın, qayğısız illəri olan məktəb illərini heç zaman unutmamağı, valideynlərinə, müəllimlərinə layiqli övlad olmalarını arzu etdi. Eləcə də çıxış edən qonaqlardan Zabrat bələdiyyəsinin sədri Nailə xanım, Təlimə Dəstək Mərkəzinin əməkdaşı Abdulla müəllim, müəllimlər, valideynlər məzunlara öz səmimi arzularını çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi