“ Тhe ABC party ”

Sabunçu rayonu 81 № li tam orta məktəbin rus bölməsinin III siniflərində ingilis dilində “ABC” şənliyi təşkil olunmuşdu. Bu şənlikdə hərflərə, rəqəmlərə, rənglərə və fiqurlara aid şeirlər, mahnılar səsləndirildi. “Meşədə balaca ev” nağılı personajların xüsusi geyimləri vasitəsi ilə şagirdlər tərəfindən səhnələşdirildi. Tədbirdə rəngarənglik xüsusi diqqət çəkirdi. Tədbir zamanı video çarxlarından geniş istifadə edildi. Sonda məktəbin direktoru Əlizadə Mehriban xanım tədbiri hazırlayan ingilis dili müəllimlərindən Süleymanova Mətanət xanıma və Əliyeva İrina xanıma təşəkkür etdi.