“Vuruşaq ki, zəfər çalaq”

05.03.2016 – cı il tarixində 81 № li tam orta məktəbdə məktəbin fəaliyyət planına uyğun olaraq, silahlı qüvvələr və müharibə veteranı, Sabunçu rayon əmək, müharibə və silahlı qüvvələr veteranları təşkilatının sədri, Azərbaycan yazıçılar birliyinin üzvü şair Elxan Xəzər, silahlı qüvvələr və müharibə veteranı, DİN DQ – nın silahlı qüvvələr və müharibə veteranı təşkilatının sədri polkovnik – leytenant Mürsəl Muradov, silahlı qüvvələr və müharibə veteranı polkovnik – Telman Aslanovun iştirakı ilə tədbir keçirilib.Tədbir çərçivəsində silahlı qüvvələr və müharibə veteranı polkovnik – Mehralı Şamxalovla görüş keçirildi. “Vuruşaq ki, zəfər çalaq” adlanan tədbirdə onun ömür yoluna nəzər yetirildi. Bu vətənpərvər, qəlbləri hər zaman torpağa sevgi hissi olan insanların Qarabağda erməni quldurlarına qarşı fədakarlığından danışıldı. Şagirdlərimizin ifasında şairin vətənpərvər ruhlu sirləri söylənildi. Qarabağ müharibəsinin iştirakçıları Elxan Xəzərin yüksək intizam sahibi olması, əsl vətən fədaisi, bir döyüşçü kimi mənəvi keyfiyyətlərindən danışdılar. Şagirdlərimiz həyatlarının tən yarısını hərb sənətinə bağlayan bu fədakar insanların sözlərinə qulaq asdıqca bir daha anladılar ki, vətənə sadiq olmaq, onun mənafeyini hər şeydən üstün tutmaq nə deməkdir. Müharibə veteranları və şairlərlə belə görüşlərin məktəbdə keçirilməsində əsas məqsəd gənc nəsli milli vətənpərvərlik ruhunda tərbiyələndirmək və vətəndaşı olan bu ölkəni həmişə hər yerdə ucaltmaqdı. Sonda şagird və müəllim kollektivi adından məktəbin direktoru Mehriban Əli – zadə çıxış edərək qonaqlara öz təşəkkürünü bildirdi və xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi