“Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə”

Sabunçu rayonu 81 № li tam orta məktəbdə “Xocalı soyqırımının 24 – cü ildönümünün qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə” 09.02.2016 – cı il tarixli 66 nömrəli əmrinə əsasən tədbirlər planı hazırlanmışdır. 15 – 26 fevral 2016 – cı il tarixindən tədbirlər planına əsasən divar qəzetlərinin sərgisi, ədəbi – bədii kompozisiya, rəsm sərgiləri keçirilmişdir. Bütün siniflərdə tədbirlər keçirilib, video çarxlar göstərilmişdir. 26 fevral 2016 – cı il tarixində birinci dərsləri “Xocalı soyqırımı – XX əsrin faciəsi”nə həsr olunmuşdur. Həftənin sonunda yekun olaraq məktəbin Azərbaycan və Rus bölmələrinin tarix müəllimləri çıxış etmiş və sonda “Xoca” filmi nümayiş olunmuşdur. Məktəbin pedaqoji kollektivi “Ana fəryadı” abidəsini ziyarət etmiş və əklillər qoyulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi