Xocalı soyqırımı qurbanlarını yad etdik

Xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi Xocalı soyqırımının törədilməsindən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Soyqırım nəticəsində yüzlərlə günahsız kişi, qadın, körpə həlak olmuşdur.
Xocalı soyqırımını tanıtmaq , bu gerçəyi şagirdlərə aşılamaq məqsədi ilə Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə silsilə tədbirlər, seminarlar keçirildi. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bu qanlı faciə barədə söhbətlər aparılmış, xocalıların xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, video çarxlar nümayiş olunub.