Azərbaycan dili - milli varlığımızdır mövzusunda şeir müsabiqəsi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirinin " Azərbaycan dilinin saflığının qoruması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı" 15.01.2019-cu il tarixli, F- 20 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planının 5- ci bəndinin icrasını təmin etmək, məktəblilərdə vətənpərvərlik hisslərini daha da artırmaq, onlarda nitq mədəniyyətini formalaşdırmaq və istedadlarını üzə çıxarmaq məqsədilə 13 fevralda Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə " Azərbaycan dili - milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi keçirildi.