Nağıl Günü keçirildi

Nağıllar uşaqların təxəyyülünün inkişafına yaxşı təsir edir, oxuma sevgisi və oxuma vərdişi qazandırır. Məhz bu səbəbdən 28 dekabrda Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə "Nağıl günü" keçirildi. İbtidai sinif müəllimi Naminə Məmmədova , məktəbin kitabxanaçısı İslamova Əminənin təşkilatçılığı ilə 3 "E" və 2 " B" siniflərində "On iki ayın nağılı", "Odlar yurdumun nağılları" adlı tədbir keçirildi. Milli nağıllarımız haqqında şagirdlərə məlumat verildi. Nağıl qəhrəmanlarının müsbət və mənfi xüsusiyyətləri müzakirə olundu. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.