Narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş " Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinin və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 18 dekabrda 81 nömrəli tam orta məktəbdə böyük tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, Bakı şəhər Narkoloji Dispanserin həkim- narkoloqu Pərvin Abbasova, Sabunçu Rayon Polis İdarəsinin Azyaşlıların işləri üzrə bölmə rəisi Əli Babayev qonaq qismində iştirak etdilər. Tədbiri məktəbin direktoru Mehriban Əli-zadə açıb , qonaqların çıxışları dinlənilib. Sonda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi