“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”

06.02.2016 - cı il tarixində Sabunçu rayonu 81 № li tam orta məktəbdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirildi. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır. Müsabiqə 8 , 9 və 10 – cu sinif şagirdləri arasında keçirildi. Müsabiqədə hər birində 3 nəfər olmaqla 4 qrup iştirak etdi. İştirakçılar 30 sualdan ibarət test və 1 praktiki işi yerinə yetirdilər. Ekspert qrupu tərəfindən qaliblər müəyyənləşdirildi. Müsabiqənin II mərhələsində iştirak edəcək komanda üzvləri olan şagirdlər müəyyənləşdirildi.