Yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlər

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol hərəkəti qaydalarının təbliği ilə bağlı Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə "Yol hərəkət qaydalarına birlikdə əməl edək! , "Yol hərəkət qaydalarını öyrənməyin və öyrətməyin vacibliyi" , " Yol hərəkət qaydalarına əməl etməsək bizi nələr gözləyir?", " Uşaqlar, gəlin yol qəzalarından qorunaq" adlı silsilə tədbirlər keçirilib. Şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib, onlara yollarda daha diqqətli olmaları tövsiyə olunub. Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı müxtəlif şeirlər, mahnılar səsləndirmiş, səhnəciklər nümayiş etdirmişlər.