Dövlət Bayrağı Günü qeyd olunub

Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il 9 noyabr " Dövlət Bayrağı Günü" kimi qeyd olunur. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir. Bayrağımız qürur mənbəyimiz, and yerimiz, bizim milli dəyərimizdir. Müstəqil Azərbaycanın üzərində qürurla dalğalanan bayrağımız!! Hər zaman yüksəklərdə dalğalan!!!!
Bu əlamətdar gün münasibətilə Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilib, şagirdlərin ifasında Bayraq haqqında şeirlər söylənilib, mahnılar ifa edilib.