Valideyn iclası keçirildi

Oktyabrın 20-də Bakı şəhəri 81 nömrəli orta məktəbdə valideyn iclası keçirildi. İclasda IX və XI sinif şagirdlərinin valideynləri, məktəbin direktoru Mehriban Əli-zadə , sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilaçı Patima Heydərova , təlim-tərbiyə işləri üzrə direktor müavinləri Amaya Xəlilova , Sevinc Qasımova iştirak etdilər.
İclasın əsas prioritet məsələsi Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümümi təhsil pilləsində təhsilalaların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yeni modeli ( tapşırıqların sayı açıqlanıb) haqqında valideynlərə məlumat verildi. Sonda valideynlərin verdiyi suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.