Müstəqillik Günü qeyd olundu

Bu gün - oktyabrın 18-i Azərbaycanın Müstəqillik Günü kimi qeyd olunur. Bu gün Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991- ci ilin bu günü Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Qəhrəman insanlarımızın qanı bahasına qazanılmış Azərbaycan müstəqilliyi əbədi və dönməzdir.
Bu mühüm gün münasibətilə Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə silsilə tədbirlər, seminarlar keçirilib. Şagirdlərin ifasında müstəqilliyə aid şeirlər dinlənilib, məruzələr edilib, "Müstəqil Azərbaycan" adlı rəsm müsabiqəsi keçirilib.