Ədəbiyyata sevgi və maraq

Sabunçu rayonu 81 № li tam orta məktəbdə 23.01.2016 – cı il tarixində rus bölməsi 6c, 7d, 8c sinifləri arasında “ Ədəbiyyat biliciləri ” yarışı keçirilmişdir. Birinci yarış nağıllara həsr olunduğu üçün “Nağıllar necədə maraqlıdır” adlandırılmışdır. Uşaqlar “On iki ay”, “Buratinonun macərası” və s. nağıllardan səhnəciklər hazırlamışdılar. Sonda 8c sinfi – I yeri, 6c sinfi – II yeri, 7d sinfi – III yeri tutmuşlar. Məqsəd ədəbiyyata sevgi və maraq yaradılmasıdı, yarış Rus dili və ədəbiyyat müəllimi Qasımova Sevincin rəhbərliyi altında keçirilmişdir.