Şagirdimiz uğur qazandı

Bakı şəhəri 81 nömrəli tam orta məktəbin 1 " C" sinif şagirdi , bundan əvvəl də dəfələrlə birinciliklər qazanmış Cavid Muradov bu dəfə də də birinciliyə imza atmışdır. Belə ki, oktyabrın 5-6-7-də kikboks üzrə uşaqlar arasında keçirilən dünya çempionatında ( World Martial Arts Festival) I yere , qızıl medala layiq görülmüşdür. Bu yaşda belə bir qalibiyyət məktəb rəhbərliyini, sinif rəhbərini və valideynlərini çox sevindirdi. Özü kiçik olsa da , uğurları böyük olan Cavidimiz, uğurların bol olsun hər zaman. Sənə həyatda bol-bol qələbələr və nailiyyətlər arzu edirik. Səsin hər zaman ucalardan gəlsin. Azərbaycan bayrağını hər zaman yüksəklərə qaldır..