Bilik günü qeyd olunub

Sentyabrın 15-də respublikamızın hər yerində "Bilik günü" qeyd edilir, bütün təhsil və tədris müəssisələrində ilk günün sevinci yaşanır. Eləcə də Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə " Bilik günü" təntənə ilə qeyd olundu. Tribuna önünə keçib çıxış edən məktəbin direktoru Mehriban xanim bu il məktəbə ilk dəfə qədəm qoyan birinciləri, eləcə də bütün şagird və tələbələri, onların valideynlərini , müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri bu gözəl bayram münasibəti ilə təbrik etdi.
Bildiyimiz kimi keçən tədris ilini müvəffəqiyyətlə başa vurub ən yüksək ballarla ali məktəblərə qəbul olan məzunlarımız var. Səbinə Süleymanova 667 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Gülnar Salmanova 654 balla Azərbaycan Dillər Universitetinə, Elmir Məmmədov 622 balla Polis Akademiyasına qəbul olmuşlar. Bu gün onlar da tədbirdə iştirak edib, öz sevinclərini şagirdlərlə bölüşüblər. 26 il öncə məhz bu məktəbin məzunu olan Cavanşir Heydərov bu gün öz övladını təhsil aldığı məktəbin birinci sinfinə gətirməyinin sevincini yaşayıb və öz təəssüratlarını tədbir istirakçıları ilə bölüşüb. Sonda məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı keçirilib.