“Şəhidlər ölməz, Vətən bölünməz!”

Bakı şəhəri sabunçu rayonu 81№ li tam orta məktəbdə 19.01.2016 - cı il tarixində 20 Yanvar faciəsinin 26 – cı ildönümünə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirildi. Tədbirdə sabunçu rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov, başçının müavini Arzu Məmmədova , YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, qəsəbə nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun məsləhətçisi Camal Bağırov ,məktəb direktorları iştirak etdilər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya qonaqlara təqdim olundu.