Attestatlar təqdim olundu

2017-2018 -ci tədris ilində 9-11-ci sinifləri bitirən məzunlara attestatların verilməsi proseduru ötən il olduğu kimi həyata keçirildi. Ən son olaraq bu gün də məktəbin direktoru Mehriban xanımın təqdimatında 11 "B" sinif şagirdi Salmanova Gülnar Rizvan qızına, 9 "E" , 9 "D" sinif şagirdləri Namazova Sabrina, Alıyeva Zəhra və İsmayılzadə Əminəyə "Fərqlənmə" attestatları təqdim olundu. Mehriban xanım şagirdlərə gələcək həyatlarında uğurlar və bol-bol müvəffəqiyyətlər arzu etdi.