Bolqarıstan səfəri

2018-ci ilin iyul ayında Bolqarıstanda Müəllimlərin Beynəlxalq İdman yarışlarında iştirak edəcək komandaların müəyyən edilməsi üçün Bakı şəhəri ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən dama yarışında Bakı şəhəri 81 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Rəhman Rzayev rayon və şəhər turunda qalib olmuşdur. Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə təşkil olunmuş yarışda I yer tutması ilə əlaqədar Rəhman Rzayev bir qrup təhsil işçiləri ilə Bolqarıstana səfərə göndərilib.