Son zəng

Hər il ənənəvi olaraq iyun ayının 14-də ölkəmizin bütün orta məktəblərində " Son zəng ” tədbirləri keçirilir. Eləcə də 81 nömrəli tam orta məktəbdə “Son zəng” çox böyük coşqu ilə qeyd olundu. Bu unudulmaz günə toplaşanlar arasından tribuna önünə keçib çıxış edən məktəbin direktoru Mehriban xanım məzunlara gələcək həyatlarında uğurlar arzuladı. Arzu etdi ki , bütün məzunların səsi ali təhsil ocaqlarından gəlsin və doğma məktəb ocaqlarını, hər zaman qayğılarını çəkən əziz müəllimlərini və qayğısız günlərini heç zaman unutmasınlar. Elece də çıxış edən qonaqlardan Zabrat bələdiyyəsinin sədri Nailə xanım, müəllimlər, valideynlər məzunlara öz səmimi arzularını dilədilər.