“Biz də hüquqlarımızı tanıyırıq!"

“Uşaq hüquqları aylığı” Bu gün sabunçu rayonu 81 № li tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Biz də hüquqlarımızı tanıyırıq!” adlı tədbir keçirilib. Məktəbin direktoru Əli-zadə Mehriban xanım tədbiri açaraq qeyd etdi ki, hər il olduğu kimi bu il də 20 oktyabr – 20 noyabr tarixlərində BMT – nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin il dönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə məktəbimizdə maarifləndirmə işləri, rəsm müsabiqələri, sərgilər, ekskursiyalar təşkil olunub. 27 dekabr 2011 – ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin, müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.