“Azərsun Holdinq”in keçirdiyi “Sun” markasının gigiyena tədrisi aksiyası.

15.10.2015 – ci il tarixdə “Azərsun Holdinq”in keçirdiyi “Sun” markasının orta ümumtəhsil məktəblərində şəxsi gigiyena tədrisi aksiyanın davamı olaraq məktəbimizə gəlmişdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Əlizadə Mehriban Rüfət qızı açaraq qeyd etdi ki, hər zaman insanların sağlamlığına böyük qayğı ilə yanaşan və bu istiqamətdə müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” bu gün də öz ənənəsinə sadiq qalaraq Bakı şəhəri sabunçu rayonu 81 № li tam orta məktəbə gəlmiş, məktəblilərlə ünsiyyət quraraq istehsal etdikləri məhsulların insan sağlamlığına tam zəmanət verməsi, yüksək keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanması barədə onlara ətraflı məlumat vermişdir. Sonra layihə iştirakçıları mövzu ilə bağlı cizgi filmi göstərmiş, tədbirin iştirakçıları ilə şəkillər çəkdirmiş və gətirdikləri hədiyyələri məktəblilərə təqdim etmişlər.